İsrail ordusu niyə orta əsr taktikası ilə döyüşür?| Mancanaqla atəş topu hücumu (VİDEO)

2024/07/1719909797.jpg
Oxunub: 439     14:42     02 İyul 2024    
İnternetdə İsrail ordusunun bu gün öyrəşmədiyimiz bir silah növündən istifadə etdiyini göstərən videolar peyda olub.

Ordu.az xəbər verir ki, yayımlanan görüntülərdə hərbi qulluqçuların orta əsrlərə aid mancanaq mexanizmindən istifadə etdiyi görünür.

İsrail qüvvələri mancanaqlardan istifadə edərək, sərhəddəki “Hizbullah” üzvlərinə atəş topları kimi tanınan yandırıcı sursatlar atırlar.

Belə köhnə döyüş vasitəsinin dünyanın ən təchiz edilmiş ordularından biri tərəfindən istifadə edilməsi təəccüb yaradıb. Əvvəlcə hətta düşünülüb ki, bu, hərbi qulluqçuların qəribə zarafatıdır. Ancaq İsrail ordusu mancanaqlardan istifadə edildiyini rəsmən təsdiqləyib və bunun səbəbini açıqlayıb.


“Times of Israel” qəzetinin müxbiri Emanuel Fabianın paylaşdığı videolardakı ərazi sıx bitki örtüyü ilə örtülüb. Bu kolluqlar və meşəlik ərazilər “Hizbullah” üzvləri üçün kamuflyaj rolunu oynayır və onların gizlənməsinə şərait yaradır.

Buna görə də onları yandırıcı sursatlarla məhv etmək bitki örtüyünü təmizləyir və mövqeləri aşkar edir. Bu yolla İsrail ordusu əks qüvvələrin yerləşdiyi yerləri aşkarlaya bilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hücum  


Bizi "telegram"da izləyin